AQUA-THERM BAKU – HVAC sahəsində Qafqaz regionun ən böyük beynəlxalq sərgisidir. Sözügedən sərgi sizə yeni tərəfdaşların axtarışında, bazarın analizində, son istehsalçı ilə bir başa ünsiyyət qurmaqda unikal imkanlar yaradan professional bir forumdur.
AQUA-THERM BAKU sərgisi BakuBuild sərgisi ilə bir anda keçirilir.
Ümumi sahə*: 10992 kv.m.
İştirakçı şirkətlərin ümumi sayı*: 285
İştirakçı dövlətlərin ümumi sayı*: 26 Böyük Britaniya, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, Misir, İran, İspaniya, İtaliya, Çin, Latviya, Litva, Malayziya, BƏƏ, Oman, Polşa, Portuqaliya, Belarus Respublikası, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Finlandiya, İsveçrə, Cənubi Koreya.
* BakuBuild sərgisi ilə birlikdə
Ziyarətçilər: 7783 Azərbaycan, Türkiyə, Gürcüstan, Çin, İspaniya, İtaliya, Çexiya, Cənubi Koreya, Almaniya, Rusiya, Polşa, Qazaxıstan, Belarus Respublikası, Ukrayna, İsveç, İran, Avstriya, Danimarka, Misir, Fransa, Latviya, Moldova, Slovakiya, BƏƏ, Böyük Britaniya, Əfqanıstan və s.
ZİYARƏTÇİLƏRİN CƏLB OLUNMASINA YÖNƏLƏN REKLAM KAMPANİYASI:
Dəvətnamələrin professional baza ilə birbaşa göndərilməsi
Çöl reklamı (o cümlədən bannerlər, bilbordlar, posterlər, monitorlarda reklam, otellərdə və biznes mərkəzlərində reklam)
TV və radioda reklam
İxtisaslaşdırılmış nəşrlər vasitəsi ilə dəvətnamələrin göndərilməsi
Respublikanın kütləvi informasiya vasitələrində reklamlar (qəzetlər, jurnallar, internet, sosial şəbəkələr )
İxtisaslaşmış və aparıcı iqtisadi portallarda sərgi barədə məlumatlar
Sərgiyə həsr olunmuş mətbuat konfransı
SMS-lərin göndərilməsi (5000-dən artıq adresat)
Elektron məktubların göndərilməsi
AQUA-THERM SƏRGİSİNİN ÜSTÜNLÜKLƏRİ
Təcrübə mübadiləsi və birgə layihələrin reallaşdırılması
Ölkənin və bütünlüklə regionun HVAC bazarının təhlili
Brendin effektiv tanıdılması
Təqdim olunan məhsullara məqsədli auditoriyanın cəlb edilməsi
İşgüzar görüşlərin və partnyor münasibətlərin qurulması üçün əlverişli şərait
Yeni məhsullara olan tələbatı öyrənmək, həmçinin rəqiblərinizin fəaliyyətini tədqiq etmək üçün ideal məkan
Yeni xarici bazarlara daxil olmaq, diler şəbəkəsini formalaşdırmaq üçün əlverişli fürsət
Bazarın kifayət qədər böyük hissəsini əhatə etmək imkanı