Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










Bütün video xəbərlər...

BakuBuild 2014 Daily News N1 BakuBuild 2014 Daily News N2


6-cı Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2014”) sərgisi

22 oktyabr tarixində tikinti sahəsində Xəzəryanı regionun irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild 2014”) sərgisi öz qapılarının ziyarətçilərin üzünə açdı. İyirmi il ərzində sərgi Azərbaycanlı və xarici istehsalçılar üçün tikinti bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı liderləri üçün başlanğıc nöqtəsinə çevrilmişdir. Ötən bu müddət ərzində sərgidə dünyanın 35 ölkəsindən 3200-dən artıq şirkət və yüz mindən çox ziyarətçi iştirak etmiş və sərgi müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarının təmayüllərinin formalaşdığı səmərəli işgüzar meydança statusunu qazanmışdır. “BakuBuild” sərgisi ilə paralel 6-cı Beynəlxalq “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji” (“Aqua-Therm Baku 2014”) və 7-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2014”) sərgiləri də keçirilir.

Sərginin təntənəli açılış mərasimində iştirak etdilər:

  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi rəisinin müavini Elxan Əsədov
  • Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin rəisi Cahangir Qocayev
  • İtaliyanın Azərbaycandakı səfiri cənab Campaolo Kutilyo
  • İspaniyanın Türkiyədəki səfirliyində ticarət üzrə attaşe x-m Aurora Tarruella
  • Dubay Əmirliyində (BƏƏ) “Dubai Exports” şirkətinin icraçı direktoru cənab Əl-Haşəmi
  • cənab Edvard Stroon, “ITE Group Plc” şirkəti

Sərgidə çıxış edənlər Azərbaycanda müasir tikintinin bütün sahələrində böyük inkişafı vurğulamaqla yanaşı, ölkə iqtisadiyyatında qazanılmış uğurların əks etdirilməsi baxımından “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS Caspian” sərgilərinin mühüm əhəmiyyətini qeyd etdilər. Öz çıxışında cənab E. Stroon qeyd etdi ki: “Yerli iştirakçıların sayının artması bu illər ərzində sərginin sevindirici faktlarından biridir. Bununla yanaşı, biz xarici eksponentlərin də illik artımını görürük”. Çıxışının sonunda cənab E. Stroon bütün bu illər ərzində fəal iştiraka və sərgilərə göstərdikləri dəstəyə görə hamıya, o cümlədən öz dəstəklərini əsirgəməyən dövlət strukturları, şirkətlər, tərəfdaşlar və sponsorlara öz minnətdarlığını bildirdi.

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev sərginin birinci iş günündə onu ziyarət etdi. Cənab nazir yerli istehsalçılara xüsusi diqqət yetirməklə, ekspozisiyalarla tanış oldu.

Yubiley sərgi rekord göstəricilərə: dünyanın 29 ölkəsindən 490 şirkət Bakı Ekspo Mərkəzinin lobbi və açıq meydançası da daxil olmaqla, onun bütün pavilyonlarını əhatə edərək öz ekspozisiyalarını genişləndiriblər. Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ və Portuqaliyadan gələn yeddi milli qrupun iştirakı “BakuBuild” sərgisinin vizit kartıdır. Sərginin ekspozisiyaları Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, o cümlədən açıq meydança və lobbini əhatə edir. Xəzər regionu bazarında öz məhsullarını təşviq etmək üçün “BakuBuild” sərgisini başlanğıc meydança seçən debütantlar sərgi iştirakçılarının ümumi sayının 40%-ni təşkil edirlər .

Sərgidə eksklüzivlik və innovasiyalara xüsusi diqqət yetirilir. Bu il nümayiş etdiriləcək yeni məhsullara santexnika avadanlıqlarının unikal nümunələri, yeni plastik profillər, üzlük panelləri, çoxfunksiyalı şüşə paketlər, dam örtüyü və hidroizolyasiya materialları, kabel məhsulları, quru qatqılar, LED lampaları, şvellerlər, yeni dizaynlı mobil kompressorlar, yeni sement növləri, məsaməli beton blokları, lak və boya örtükləri, yeni nəsil flep disklər, müxtəlif növ lövhələr, izolyasiya sistemləri, tikişsiz borular, müasir istilik, səs izolyasiya materialları, geniş nomenklaturalı dekorativ materiallar, metal konstruksiyalar, taxta ev tikmə və bir çox digər məhsullar daxildir.

Stendlərdə tikinti texnikası, tikinti materiallarının istehsalı, habelə memarlıq və dizayn və s. sahəsində ən yaxşı layihələr, ideyalar və işlənib hazırlanmış məhsullar nümayiş etdirilir. Yüksək keyfiyyətli tikinti materialları, döşəmə və dam örtüklərin istehsalı ilə məşğul olan şirkətlər yeni məhsullarla çıxış edirlər və bu məhsullar beynəlxalq keyfiyyət standartlarına cavab verir. Bakı Ekspo Mərkəzinin xarici meydançasında yerləşən tikinti texnikası bölməsinə xüsusi diqqət yetirilir. Sərginin xarici ekspozisiyası böyük tikinti meydançasına oxşayır və burada “Amcador”, “Iveco”, “JCB”, “Hitachi”, “Hyundai”, “Manitou”, “Volvo”, “Caterpillar”, “Hidromek” və s. brendlərin yeni tikinti texnikası nümayiş etdirilir.

“Aqua-Therm Baku” sərgisində dünyanın 16 ölkəsindən 80 şirkət çıxış edir və bu ölkələr arasında Azərbaycan, İtaliya, BƏƏ, Çin, Ukrayna, Rusiya, Türkiyə, Çexiya, Serbiya və Xorvatiya yer alır. Ümumiyyətlə isə sərgidə öz sektorunun aparıcı şirkətləri və brendləri iştirak edirlər: “Aksima”, “Alarko Carrier Sanayi”, “Aquart”, “Az Filter”, “Besttecknik”, “Egeplast Ege Plastik”, “Euroclima”, “CVS”, “Danfoss”, “Foshan Shunde Yicheng Electric”, “Futura Form Kompozit ve Reklam Urunleri”, Kaskad-Hidro”, “Mensan Menfez Klima”, “Metak”, “Mut Meccanica Tovo”, “Nenzi-M” “Newcond”, “Sauna Inshaat”, “Sistem Dogalgaz Teknik”, “STP”, “Turan Makine Metal”, “Yuhuan Huaqiu Plumbing”, “Zehnder”, “Yusiko” və s. Sərginin debütantları iştirakçıların ümumi sayının 57%-ni təşkil edirlər. Bu il “Azertexnolayn”, “Azklima”, “Baku Automation”, “Besma”, “Heisskraft”, “K-Flex”, “PCM”, “Soliton” və digər bu kimi şirkətlər eksponentlərin əsas tərkibinə qoşulmuşdur.

Sərgidə HVAC (iqlim) avadanlıqları, ventilyasiya / istilik / kanalizasiya sistemləri, su filtrləri, plastik borular, fittinqlər, qaynaq aparatları, radiatorlar, qazanlar (boylerlər), su çənləri, günəş enerjisi ilə işləyən kollektorlar / hava qızdırıcıları, soyuducu aqreqatlar, havalandırma / ventilyasiya kanalları, hava şlanqları, qaz filtrləri /tənzimləyiciləri, istilik mübadiləsi qurğuları və bir sıra digər məhsullar geniş nümayiş etdirilir.

“CIPS Caspian 2014” sərgisində Azərbaycan, Avstriya, İtaliya, Çin, Rusiya, Türkiyə, Çexiya, İsveç və digər ölkələrdə fəaliyyət göstərən şirkətlərin işləyib hazırladıqları məhsullar nümayiş etdirilir. “A Yangin Guvenlik Sistemleri”, “AXIS Communications” və digər şirkətlər sərginin daimi iştirakçılarının siyahısına daxildir. “Aabacus”, “Azfire and Arsenal Fire Safety” və “Bolid” şirkətləri, qabaqcıl “DAHUA” (Çin), brendi, “Hi Tech Solutions”, “Honeywell Life Safety”, “Ozak Gecish Teknolojiler” (Тürkiyə), “2N Telekomunikace” (Çexiya), “Ren group Service Global”, “Rusguard”, “Uni Mechanic and Construction”, “Olympia Electronics” (Yunanıstan), “Eusebi Impianti” (İtaliya) və s. şirkətlər sərginin debütantlarıdır. “Azinterra” şirkəti sərgidə yanğın əleyhinə texnika üzrə Almaniyanın məşhur “SVT BRANDSCHUTZ” brendi ilə birlikdə iştirak edir.

Sərgilər Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Sərginin uğuru “ITE Group Plc” şirkətinin tərəfdaşlar şəbəkəsinin kollektiv işinin nəticəsidir. Bu şirkətlər beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka dəvət edir və onların arasında “ITE London”, “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “International Show srl.” (İtaliya), “TE China” (Çin), və “ITE Poland” (Polşa) şirkətləri yer alır.

Sərgilərin birinci iş günü kifayət qədər dolğun keçdi. Stendlərdə danışıqlar və seminarlar keçirildi. Ziyarətçilərin sayına gəldikdə isə ötən ilki sərginin birinci iş günü ilə müqayisədə artım müşahidə edilir. Sərgi 26 oktyabr tarixində öz işinə yekun vuracaq.






BİZƏ QOŞULUN!
AQUATHERM İLƏ BİRLİKDƏ
BakuBuild
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  26/08/2016 27/08/2016
USD 1.6245 1.6280
EUR 1.8308 1.8374
GBP 2.1486 2.1501
RUR 0.0249 0.0251
HAVA



Aqua-Therm Baku is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek