Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







AQUA – THERM BAKU 2016

9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji Sərgisi

“Aqua-Therm” Baku sərgisi Azərbaycan və bütövlükdə Qafqaz regionunda “İstilik, havalandırma və soyutma” (HVACR) sənayesi üzrə öz statusunu təsdiq edən nüfuzlu bir tədbirdir. Sərgi hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkar və mütəxəssislərini bir araya toplayaraq işgüzar əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı müqavilələrin imzalanması, yeni tərəfdaşların axtarışı, konstruktiv fikir və təcrübə mübadiləsinin aparılması, habelə sənayenin nailiyyətləri ilə tanışlıq üçün gözəl bir fürsətdir.  

 

      AQUA-THERM BAKU 2015 SƏRGİSİNİN STATİSTİKASI

 

Ümumi sahə:

2814 kv.m.

İştirakçı şirkətlər:

98

İştirakçı dövlətlər:

18

Ziyarət:

11 562

 

AQUA-THERM BAKU sərgisi BakuBuild sərgisi ilə bir anda keçirilir.

 

Ümumi sahə:

14,486 kv.m.

İştirakçı şirkətlərin ümumi sayı:

535

İştirakçı dövlətlərin ümumi sayı:

30

 

 

İştirakçıların 14%-i Aqua-Therm Baku 2015 sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 68%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

Eksponentlərin 54%-i gələcəkdə belə bir tədbirlərdə iştirakını təsdiqləyib.

Ziyarətçilərin 84% - i qərar verən və ya qərara təsir edə biləcək insanlardır.

Ziyarətçilərin 74% - i üçün bizneslərinin təşkilində sərginin önəmli olduğunu vurğulayıblar.

 

AQUA-THERM SƏRGİSİNİN SİZƏ VERDİYİ İMKANLAR

  • Qafqaz regionunda “HVAC” sektoru üzrə ən böyük sərgi;
  • Yeni satış bazarlarına çıxış imkanı;
  • Qısa zaman ərzində bazarın maksimum əhatə edilməsi - sənaye peşəkarları və korporativ müştərilərlə intensiv görüş və danışıqlar;
  • Bazarın aparıcı iştirakçıları ilə təcrübə mübadiləsi;
  • Yeni işgüzar əlaqələrin qurulması, habelə gələcək biznes əlaqələri baxımından mövcud müştəri və tərəfdaşlarla münasibətlərin möhkəmləndirilməsi;
  • İqtisadi böhran zamanı aktual mövzuların müzakirəsi və problemlərin həlli

 

AQUA-THERM SƏRGİSİNİN BÖLMƏLƏRİ:

  • Fitinqlər və zolotniklər
  • İsitmə texnologiyaları
  • İzolyasiya materialları
  • Ölçü, nəzarət və nizamlayıcı sistemlər
  • Borular və boru xətləri
  • Nasoslar
  • Su və kanalizasiya texnologiyaları
  • Hava quruducu qurğular
  • Hava və su filtrləri
  • Çilerlər
  • Soyuducu kameralar və qapılar
  • Kompressorlar
  • Ventilyatorlar
  • Multiroom sistemləri
  • Soyuducu qurğular
  • Ventilyasiya
  • Üzgüçülük hovuzları
  • Sauna üçün avadanlıqlar
  • Hidromassaj vannaları
  • Akvaparklar
  • Bioloji yanacaq və bioloji qaz
  • Enerjinin effektiv istifadəsi
  • “Yaşıl ev”
  • İstilik nasosları
  • Fotoelektrik energetika
  • Günəş soyutması
  • Günəş isitməsi
  • Termoizolyasiya
  • Su qoruyucu sistemlər

 

İŞTİRAKÇILARIN RƏYİ

 

“ Bu sərgidə iştirak etməkdə əsas məqsədimiz Azərbaycan bazarına daxil olmaqdır və buna görə də, “AquaTherm Baku” sərgisi şirkətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Son illərdə texnologiyanın inkişafı ilə su-əyləncə sənayesi də güclü yüksəliş dövrünü yaşayır. Yeni nəslin əyləncə anlayışı da dəyişib və öz növbəsində “AquaTherm Baku” sərgisi də bu prosesdə böyük rol oynayır. Biz artıq Qazaxıstan, Türkmənistan və Asiya qitəsinin digər ölkələrində yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin reallaşdırılmasında iştirak etmişik və əminik ki, “AquaTherm Baku-2015” sərgisində iştirak Azərbaycan şirkətləri ilə uzunmüddətli əlaqələrin qurulmasının nəticəsi kimi, “Futuraform” şirkətinin inşaat bazarındakı inkişafına kömək edəcəkdir.”

Oğuzxan M. Bostancı,

“Futuraform” (“Polin su parkları ve havuz sistemleri A.S.”) şirkətinin planlaşdırma və satış bölməsinin mütəxəssisi

***

 “Ümidvarıq ki, Azərbaycan istehlakçıları “Huandi” şirkəti tərəfindən istehsal olunan məhsulların yüksək xüsusiyyətlərini də layiqincə qiymətləndirəcəklər. Bizim radiatorlar artıq Azərbaycanda da istifadə edilir və biz “AquaTherm Baku-2015” sərgisi sayəsində maraqlanan auditoriyaya şirkətimiz haqqında bütün zəruri məlumatları çatdırmaq, yeni tərəfdaşlar qazanmaq və satış həcmini artırmaq niyyətindəyik. Əminəm ki, belə genişmiqyaslı və nüfuzlu sərgi qarşımıza qoyduğumuz məqsədlərə nail olmağa imkan verəcək”.

Çinmen Hu,

“Huandi Radiator Co” şirkətinin meneceri

***

 “Biz “Aqua-Therm 2015” sərgisinin yüksək təşkilatçılıq səviyyəsindən, xüsusilə də sərgidə iştiraka hazırlaşdığımız zaman. “Iteca Caspian” şirkətinin bizə göstərdiyi peşəkarlıq nümunəsi və dəstəkdən çox razıyıq. Ümidvarıq ki, bu tədbir bizə Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək üçün yeni imkanlar açaq bir sıra peşəkar əlaqələrin qurulması baxımından faydalı olacaq.”

Bistra Xarmancieva

 “Zenit” (İtaliya) şirkətinin, satış üzrə regional meneceri

***

“Bu sərgilərin təşkili  sahibkarların inkişafı üçün çox böyük bir dəstəkdir. Avropa ölkərindən gələn şirkətlər Azərbaycan müştərisinə yeni-yeni daha qabaqcıl mühəndislik texnologiyaları tətbiq eləməklə qürur duyur.”

Eldar Suvarov,

Yusi Ko şirkətinin direktoru

 

 

 

 

 



TƏRTİB EDİLİB
BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  28/08/2016 29/08/2016
USD 1.6280 1.6280
EUR 1.8374 1.8374
GBP 2.1501 2.1501
RUR 0.0251 0.0251
HAVA



      Aqua-Therm Baku is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek